27 Noyabr 2024
Dünya futbolu

Kollina döyülən türkiyəli hakimdən danışdı

FİFA Hakimlər Komitəsinin sədri Pierluici Kollina türkiyəli hakim Halil Umut Melerin döyülməsindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, sabiq ədalət təmsilçisi görüntüləri izlədikdə dəhşətə gəldiyini vurğulayıb:

“Hakimin gözünün altının qaralması, yerdə təpiklənməsi qəbuledilməz haldır. Həmin görüntüləri izləyərkən dəhşətə gəldim. Belə hallar baş verməməlidir. Ancaq təəssüf ki, bəzən olur. Aşağı liqalarda bu cür hallar daha çox olur. Heç bir hakim belə rəftara layiq deyil”.

Xatırladaq ki, Meler “Ankaragücü” – “Rizəspor” oyunundan sonra ev sahibi komandanın prezidenti Faruk Koca tərəfindən yumruqla vurulub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43