“Liverpul” yanvarda Fabio Karvalyonu geri qaytarmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı portuqaliyalı hazırda icarə əsasında “Leypsiq”də çıxış edir.
Karvalyo bu mövsüm cəmi 257 dəqiqə meydanda olub. Mersisayd klubu bu vəziyyətdən razı deyil. Ona görə də icarə müqaviləsini erkən ləğv etmək istəyirlər.