27 Dekabr 2024
Ölkə futbolu

Bu gün oyunçularda mübarizə əzmini gördüm” – Ayxan Abbasov

“Bu gün üzücü xəbər aldıq. Azərbaycan futbolu üçün dəyərli insanlar qəzaya düşüb. Allahdan onlara şəfa diləyirəm. Bu gün çempionatımız ən yaxşı komandalarından birinə qarşı oynadıq. “Zirə” ən az qol buraxan komandadır. Bu, asan deyil. Onların müdafiə xəttini yarmaq çətin idi. Meydanda taktiki savaş getdi. Rəqib sistemini dəyişmişdi. Rəşad Sadıqov sürpriz etməyi sevir. Yaxşı oynadığımız oyunlarda məğlub oluruq. Yenə də qorxmadıq. “Zirə” ilə yenidən kubokda oynayacağıq. İlin sonunda sıx qrafikdə oynamaq çətindir. Amma futbolçularıma inanıram. Rəhbərliklə bir yola başlamaşıq. Bu yolu keçməliyik. Futbol xarakter oyunudur. Bu gün oyunçularda mübarizə əzmini gördüm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Zirə” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Sabah”la matçda Şəhriyar meydanda idi, 3 qol buraxdıq. Problemimiz stoperlərin bir yerdə stabil olmamasıdır. Miller, Hakman, Şəhriyar zədələnib. Bunların hamısı ən azı 3-4 turu buraxıb. Bir müddət dördlü müdafiə ilə oynadıq. Oyunçular sağlam olsalar, ən yaxşı heyəti meydana buraxarıq. Bu, bizə siqnal verir ki, gələcəkdə daha geniş heyət quraq. Şəhriyar bu gün liderlik keyfiyyətini göstərdi.

Keçən il qalib gəlirdik, narazı qalırdılar. Hətta deyirdilər ki, uduzaq, amma hücum edək. Mənim hücum və ya müdafiə baxışım yoxdur. Futbol komanda oyunudur. Bu gün böyük komandalar da kompakt oynayır. Bu mövsüm hücuma üstünlük veririk. Çünki, hücumameyili oyunçularımız çoxdur. Mövsümün əvvəlində futbolçuların zədə alması, komanda şəklində müdafiədə problem yarartdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43