28 Dekabr 2024
l Divizion Ölkə futbolu

Rəhbərliyin verdiyi vədlər yalan çıxdı, klubdan getmək qərarına gəldi

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan”a biabırçı hesabla uduzan (2:8) I Liqa təmsilçisi “İrəvan”ın baş məşqçisi Nazim Süleymanov klubdan ayrılmaq qərarına gəlib.

İdmanxeber.az-a daxil olan məlumata görə, təcrübəli çalışdırıcı bu nəticə ilə yamaşı, ona rəhbərlik tərəfindən verilən vədlərin reallaşmamasına, hər gün artan problemlər səbəbindən klubdan ayrılmağı düşünür.

Süleymanov bu istəyini klub rəhbərliyinə bildirib. O, yanvarda postunu tərk edəcəyini rəhbərliyin diqqətinə çatdırıb.

Qeyd edək ki, “İrəvan” hazırda I Liqada 17 xalla 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43