Braziliya millisinin həkimi Lasmar hücumçu Neymarın 2024-cü ildə Amerika Kubokunda iştirak etməyəcəyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, turnir iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.
Oktyabrın 18-də Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb.
Bu yay hücumçu PSJ-dən Səudiyyənin “Əl-Hilal” klubuna keçib. O, komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.