18 Oktyabr 2024
Ölkə futbolu

“Hücum xəttində dişsizlik var” – Sənan Qurbanov

“Matça hər iki komanda ciddi hazırlaşmışdıq. Üç xal hər iki komanda üçün vacibdir. Futbolçuları yeni ilə pozitiv başlamaq üçün bu oyunun vacibliyini çatdırdıq. Çətin olsa da, qalib gəldik. Yeni ildə bu qələbənin yaxşı təsir edəcəyini düşünürəm. Futbolçuları təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Neftçi”nin köməkçi məşqçisi Sənan Qurbanov “Kəpəz”ə qalib gəldikləri (2:0) oyundan sonra deyib.

Təcrübəli mütəxəssis daha sonra söərinə belə davam edib:

“Komandada hər zaman futbolçulara ehtiyac var. Rəqabət olsa, yaxşıdır. Hücum xəttində dişsizlik var. Qol imkanlarından yararlana bilmirik. Bu, bizi də narahat edir. Qışda “Neftçi”yə layiq oyunçu tapmaq çətindir. Axtarışlar var. Yaxşı oyunçu olarsa, komandaya cəlb edə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43