18 Oktyabr 2024
Ölkə futbolu

“Sumqayıt” Rumıniya və Özbəkistan klubları ilə üz-üzə gələcək

“Sumqayıt”ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında yoxlama oyunları keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumata görə, komanda yanvarın 12-də Rumıniyanın “Hermanştadt”, 16-da isə Özbəkistanın “Soqdiana” klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt”ın hazırlıq prosesi yanvarın 6-17-si aralığında gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43