18 Oktyabr 2024
Dünya futbolu

“Beşiktaş” müdafiəçisi ilə yolları ayırdı

“Beşiktaş” müdafiəçisi Erik Bayi ilə müqaviləni pozduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı oyunçu ilə müqaviləyə tərəflərin razılığı ilə xitam verilib. Bayi bu ilin sentyabrından “Beşiktaş”da çıxış edir.

O, Türkiyə klubunun heyətində bütün turnirlərdə 8 oyun keçirib.

Müdafiəçi daha əvvəl “Marsel”, “Mançester Yunayted”, “Vilyarreal” və “Espanyol”da çıxış edib. Transfermarkt portalı onun dəyərini 3,4 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43