AFFA milli komanda üçün baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “Beşiktaş”ın sabiq baş məşqçisi Ərtuğrul Sağlama təklif göndərib. Hazırda “Kocaelispor”un çalışdırıcısı olan türkiyəli mütəxəssis AFFA-ya “yox” deyib.
Bu barədə Sağlam sosial şəbəkə hesabından paylaşım edib. O, bütün fikrinin Kocaeli klubunda olduğunu bildirib.