18 Oktyabr 2024
Ölkə futbolu

“Zirə”nin legioneri yalanladı: “Yazılanlar doğru deyil”

“Zirə”nin hücumçusu Vladislav Kulaç azad agent olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.az “sport.ua”-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu yazılanların doğru olmadığını söyləyib:

“Hazırda bu klubda çıxış etdiyim üçün azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini bilmirəm. Yazılanlar doğru deyil. Mən hazırda məşqə gedirəm və ona görə sizinlə uzun müddət danışa bilmərəm. “Zirə” ilə müqaviləmin müddəti 2023/2024 mövsümünün sonuna qədər nəzərdə tutulub”.

Vladislav Kulaç “Zirə”nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb. O, bu matçlarda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43