11 İyul 2026
Dünya futbolu

Qrizmann “Atletiko”nun tarixinə keçdi

Antuan Qrizmann “Atletiko”nun (Madrid) tarixinə keçib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard dünən keçirilən “Real”la (3:5) oyunda qol vuraraq Luis Araqonesi keçib və Madrid klubunun tarixində ən çox qol vuran oyunçu olub.

Qrizmann “Atletiko formasıyla 368 oyuna çıxıb və 174 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43