“Qarabağ”ın meneceri Asif Əsgərov Leandro Andradenin klubdakı gələcəyi ilə bağlı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, Rusiyanın Sport24.ru saytına danışan klub rəsmisi “Rubin”in oyunçu üçün təklif göndərib-göndərmədiyi ilə bağlı açıqlama verib. İddia edilirdi ki, Kazan təmsilçisi Andrade üçün Ağdam klubuna 1,5 milyon avroluq təklif göndərsə də, “köhlən atlar”bunu qəbul etməyib.
Əsgərov bu iddialara belə cavab verib:
“Rubin”dən Leandro Andrade üçün heç bir rəsmi təklif almamışıq. Ancaq başqa bir klubdan futbolçu üçün 1,5 milyon avrodan çox təklif gəlmişdi”.