”Avstraliya Open”də kişilərin mübarizəsində 4-cü tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, dünya 2 nömrəsi Karlos Alkaras serbiyalı Miomir Keçmanoviçlə qarşılaşıb. İspaniyalı tennisçi görüşdə çox çətinlik çəkmədən 3:0 (6-4, 6-4, 6-0) hesabıyla qələbə qazanıb.
Aleksandr Zverev isə britaniyalı Kameron Norri ilə üz-üzə gəlib. Almaniyalı tennisçi çətinliklə də olsa, rəqibini məğlub edə bilib – 3:2 (7-5, 3-6, 6-3, 4-6, 7-6)
Alkaras və Zverev 1/4 finalda münasibətlərinə aydınlıq gətirəcək.