“Turan Tovuz” “Kəpəz”ə qarşı matçın hakimliyinə etiraz edib.
İdmanxeber.az xəbər verir ki, klub bu barədə narazılığını sosial şəbəkə hesabı vasitəsi ilə ictimaiyyətə çatdırıb:
“Uzun və çətin yola çıxmışıq. Alın tərimiz, əməyimiz, əziyyətimiz var. Bu yolun keşməkeşli olacağını bilirik. Hakimliyin yolumuzda ən böyük maneə olmasını təəccüblə qarşılayırıq. VAR niyə var? VAR-da ikili standart niyə var?! Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!”
Xatırladaq ki, matçın baş hakimi Əli Əliyev, VAR hakimi Kamal Umudlu, AVAR hakimi isə Vüsal Məmmədov olub.