“Avstraliya Open”də qadınların mübarizəsində final görüşü keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, son çempion Arina Sabalenka çinli Çinven Çjenlə qarşı-qarşıya gəlib. Set vermədən finala qədər gələn belaruslu tennisçi bu dəfə də rəqibinə aman verməyib. Görüş Sabalenkanın 2-0 (6-2, 6-3) hesablı qələbəsiylə bitib.
Sabalenka ardıcıl 2-ci dəfə Avstraliyada çempion olub. 21 yaşlı Çjen isə ilk böyük dəbilqə finalına yüksələrək Li Nadan sonra bunu bacaran 2-ci çinli tennisçi olub.