29 Dekabr 2024
Ölkə futbolu

Premyer Liqa klubu 11 min dollar maaş verdiyi futbolçudan narazıdı

Mövsümün əvvəlində “Kəpəz”dən yüksək maaş qarşılığında “Qəbələ”yə transfer edilən Ahmed Ayzaya ümidləri doğrultmur. Gəncə təmsilçisində ayda 4500 dollara çıxış edən futbolçu “qırmızı-qaralar”da aylıq 11 min dollarlıq əmək haqqı ilə bir illik sözləşmə imzalayıb.

Nigeriyalı oyunçudan gözləntilər çox olsa da, futbolçu mövsüm ilk yarısında heç nə ilə yadda qalmadı. Rəhbərlik Ayzaya ilə qışda yolları ayırmaq istəyib, ancaq təzminat məsələsi səbəbindən oyunçu komandada qalacaq.

Hazırda Premyer Liqada sonuncu sırada gedən “Qəbələ” mövsüm sonu yarımmüdafiəçiyə yeni sözləşmə təklif etməyəcək. Kifayət qədər yüksək maaşa forma geyinən futbolçu müqaviləsinin ardından klubdan ayrılacaq.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43