26 Dekabr 2024
Ölkə futbolu

Azər Bağırov: “Yorğunluq öz sözünü dedi“

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Kəpəz” – “Araz-Naxçıvan” (3:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı:

İdmanxeber.az məlumat verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Rəqibi təbrik edirəm. Böyük ölçüdə dəyişiklik olmayandan həm kubok, həm də çempionatda oynamaq çətindir. 4 gün bundan əvvəl matça çıxmışdıq. Belə olanda uşaqlar oyunlarını itirirlər. Ümumilikdə, oyun barəsində nəsə demək istəmirəm. Standart  vəziyyətdən qollar buraxdıqdan sonra nələrsə edə bilmədik. Çox qol epizodlarını boşa verdik.     

–  Sizcə, bu, çempionatdakı ən zəif oyununuz idi?
– İlk 20 dəqiqədə yox, amma sonrakı müddətdə komanda qol buraxdı, toparlana bilmədik. Yorğunluq öz sözünü dedi.       

– Müdafiəçilərin yoxluğu komandaya nə dərəcədə təsir etdi?
– Əsas heyətin futbolçuları olmayanda oyunlara təsir edir. İqor Ribeyro ümud edirəm ki, “Qəbələ” ilə oyuna qədər aramızda olacaq.

– İqor Ribeyro nə vaxt zədəsi tam sağalacaq?
– 1 həftə çəkər. 

– Orxan Əliyevin erkən əvəzlənməsinin səbəbi nə idi?
– Orxan və İsmail Azzauinin zədələnməsindən ehtiyat etdik. Ehtiyat oyunçular skamyası geniş deyil. Qarşıda çətin oyunlar var. Ona görə ehtiyat etdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43