27 Dekabr 2024
Ölkə futbolu

Artur Jorje: “Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq”

“Qarabağ” – “Braqa” görüşü öncəsi keçirilən mətbuat konfrasında qonaqların baş məşqçisi Artur Jorje açıqlamalar edib.

İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis turu keçəcəklərinə inanır:

“Braqa”nın baş məşqçisi Artur Jorje: “İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik, “Qarabağ” isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. “Braqa”nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43