10 İyul 2026
Ölkə futbolu

Tahir Gözəl “Braqa” oyunu öncəsi Qurban Qurbanovla görüşdü

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl Bakıda Portuqaliyanın “Braqa” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

İdmanxeber.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Tahir Gözəl bu axşam baş tutacaq oyunda komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı görüşdə “Qarabağ” rəqibini 4:2 hesabı ilə üstələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43