10 İyul 2026
Ölkə futbolu

“Qarabağ” cütün favoritinin kim olduğunu göstərdi” – Artim Şakiri

“Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri Ağdam təmsilçisinin “Braqa” ilə görüşdə şanslarını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “CBC Sport”da “90 dəqiqə” verilişinə danışan şimali makedoniyalı sabiq oyunçu “Köhlən atlar”ın növbəti mərhələ şanslarının yüksək olduğunu düşünüb:

“Qarabağ”ın “Braqa”yla ilk görüşdən əvvəl şanslarının bərabər olduğunu bildirdim. Əgər futbolçular bacarıqlarını maksimum göstərə bilsə, komandanın yaxşı oyun göstəri biləcəyini də vurğulamışdım. Onlar bunu bacardılar. Oyuna ciddi hazırlaşdıqları göründü. “Braqa”nın səviyyəsi, Avropada göstərdiyi performans hamıya bəllidir.

Amma “Qarabağ” oyunu ilə cütün favoritinin kim olduğunu göstərdi. Komanda rəqibə qarşı düzgün yanaşmışdı. Əlbəttə, ikinci oyun çətin olacaq. “Braqa” mərhələ adlamaq üçün var gücü ilə mübarizə aparacaq. Ancaq bu, heç də asan deyil. “Çünki” komanda oyuna daha da yaxşı köklənəcək. Hər hansı bir səhv nəticəyə təsir edə bilər. Mən “Qarabağ”a inanıram və mərhələni keçəcəyini düşünürəm. 

Mən oynadığm dönəmlə indi arasında çox ciddi fərq var. Futbolda hər 10 ildən bir çox şey dəyişir. Bu səbəbdən də dövrləri müqayisə etmək olmaz. Mən komandada olanda “Qarabağ”ın avrokuboklarda ilk dönəmləri idi. Daha sonra kluba xeyli pul ayrıldı. Ümid edirəm ki, “Qarabağ” yenidən Çempionlar Liqasında çıxış edəcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43