09 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” heyətini gücləndirib – RƏSMİ

“Sumqayıt” Cordan Rezabalanı heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, 2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Cordan Rezabala ilə müqavilə imzalayıb. 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43