09 İyul 2026
Dünya futbolu

Qvardiola milli komanda çalışdırmaq istəyir

Qvardiola təqaüdə çıxmamışdan öncə milli komanda çalışdırmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, bunu təcrübəli mütəxəssisin özü deyib.

”Mən sevə-sevə Avropa ya Dünya çempionatından öncə milli komanda çalışdırmaq istəyərdim”.

Qvardiola 2016-ci ildən bəri “Mançester Siti”nin baş məşqçisidir. O, məşqçi kimi 11 ölkə çempionluğu qazanıb, 3 dəfə isə Çempionlar Liqasının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43