09 İyul 2026
Dünya futbolu

“Real” Kroosla müqavilə uzatmaq istəyir

”Real” Toni Kroosla yeni müqavilə imzalamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” almaniyalı yarımmüdafiəçinin mövsümün sonunda bitəcək olan sözləşməsini daha 1 il yeniləməyi düşünür.

Kroos 2014-cü ildən bəri “Real”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 33 oyunda 1 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43