09 İyul 2026
Ölkə futbolu

UEFA reytinqi: “Qarabağ” “Qalatasaray”ı geridə qoydu

“Qarabağ” Avropa Liqasının 1/8 finalına yüksələrək UEFA reytinqində irəliləyib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib. Aktivində 19,875 xalı olan Azərbaycanı UEFA reytinqində 27-ci pillədə qərarlaşıb.

Klub reytinqində isə 32,000 xala malik “Qarabağ” 56-cı pilləyə yüksələrək, Avropa Liqasında mübarizəni dayandıran “Qalatasaray” və “Fiorentina”nı geridə qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43