08 İyul 2026
Ölkə futbolu

Qəbələdə Xocalı şəhidləri yad olundu – FOTO

Azərbaycan Premyer Liqasının 24-cü turuna “Kəpəz” – “Qəbələ” oyunu ilə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma öncəsi Xocalı soyqırımında həyatını itirən şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik sükut elan olunub.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum etmiş, bəşəriyyətin ən böyük faciələrindən birini- Xocalı faciəsinin törətib. Bu hərbi təcavüz zamanı  Xocalı şəhəri yerlə yeksan edilib, dinc sakinlərə  amansızcasına divan tutulubdur. Hərbi təcavüz nəticəsində  613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43