Premyer Liqada çempionluq uğrunda gərgin mübarizə gedir.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino bu mübarizədə “Liverpul”u daha şanslı görür:
““Məndən soruşsanız, favorit Liverpuldur. Çox aydındır. Onların bu cür yarışlarda mübarizə aparmaq təcrübəsi var”.
Hazırda Premyer Liqada rəqiblərindən 1 oyun çox keçirən “Liverpul” 60 xalla liderdir. Onu 56 xallı “Mançester Siti” və 55 xala sahib olan “Arsenal” təqib edir.

