19 Oktyabr 2024
Dünya futbolu

Karpin İspaniyada çalışa bilər

Rusiya millisinin baş məşqçisi Valeri Karpin İspaniyada çalışa bilər.

İdmanxeber.az “Marca”-ya istinadən xəbər verir ki, “Selta” onu baş məşqçi postuna gətirmək istəyir.

Rusiyalı məşqçi hazırda həm də “Rostov”un baş məşqçisidir. O, “Selta” ilə razılıq əldə edərsə, milli və “Rostov”dan ayrılacaq.

55 yaşlı mütəxəssis futbolçu kimi “Real Sosyedad”, “Valensiya” və “Selta” klublarında oynayıb.

“Selta” La Liqada 25 turdan sonra 20 xalla 17-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43