“Roma” komandanın hücumçusu Paulo Dibalanın gələcəyi ilə bağlı qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, hücumçunun müqaviləsində 12 milyon avroya sərbəst qalacağı bildirilib. “Roma” rəhbərliyi futbolçu ilə müqaviləni uzatmaq və bu məbləği aradan qaldırmaq niyyətindədir.
Dibalanın hazırkı sözləşməsi 2025-ci ilə qədərdir. İtaliya çempionatının bu mövsümündə 30 yaşlı argentinalı 18 oyun keçirib, bu oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.