23 Oktyabr 2024
Ölkə futbolu

“Zirə” sabiq “Neftçi”lini transfer edir

“Zirə” Sezar Meza Kollini heyətinə qatır.

İdmanxeber.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçi yanvar ayından bəri azad agent idi. Onun çıxış etdiyi son yer Səudiyyə Ərəbistanının “Ohod” klubu olub.

Qeyd edək ki, Sezar Meza Kolli müxtəlif illərdə Azərbaycanda çıxış edib. O, 2013-2015-ci illərdə “İnter”də (İndiki “Şamaxı”), 2016-2017-ci illərdə isə “Zirə”də oynayıb. Daha sonra Rumıniyaya yollanan futbolçu 2018-2021-ci illər aralığında qısa fasiləylə “Keşlə”də oynayıb. 2021-ci ildən 2023-cü ilə qədər isə “Neftçi”də forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43