“Ayaks”ın qolkiperi Diant Ramayı performansıyla diqqətləri üzərinə çəkməyi bacarıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı almaniyalı qapıçıyla “Arsenal”, “Mançester Yunayted” və “Çelsi” yaxından maraqlanır.
Ramay ötən ilin yayında “Ayntraxt”dan “Ayaks”a transfer olub. O, bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb və 4 oyunda qapısını qola bağlaya bilib.