22 Oktyabr 2024
Dünya futbolu

Pol Poqbanın cəzası bəlli oldu

Pol Poqbanın cəzası bəlli olub.

İdmanxeber.az məlumat verir ki, fransalı yarımmüdafiəçi dopinqdən istifadəyə görə futboldan 4 il müddətinə uzaqlaşdırılıb.

Poqba 2022-ci ilin yayında azad agent kimi “Mançester Yunayted”dən “Yuventus”a keçib. O, bu mövsüm cəmi 2 oyunda meydanda olub. “Qoca sinyora”nın 30 yaşlı oyunçunun müqaviləsinə xitam verəcəyi gözlənilir.

Poqba 2018-ci ildə Fransa millisiylə dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43