18 Oktyabr 2024
Dünya futbolu

“Milan”ın ulduzu bugünkü oyunu buraxa bilər

“Milan”ın müdafiəçisi Teo Hernandes zədələnib.

İdmanxeber.az İtaliya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu zədə səbəbindən A Seriyasının 27-ci turunda “Latsio” ilə oyunu buraxa bilər. 26 yaşlı oyunçu məşq zamanı ayağından zərbə alıb.

Yekun qərarı baş məşqçi Stefano Pioli matçdan əvvəl klubun tibbi heyəti ilə məsləhətləşdikdən sonra verəcək.

Latsio – Milan qarşılaşması bu gün 23:45-də başlayacaq. Oyunu CBC Sportdan canlı izləyə bilərsiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43