Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.
İdmanxeber.az-ın məlumatına görə, toplantıda qurumun Hesabat-Seçki Konfransının da vaxtı dəqiqləşib. Beləliklə aprelin 2-də AFFA-da prezident seçkiləri baş tutacaq.
2008-ci ildən qurumun rəhbəri olan Rövnəq Abdullayev seçkilərdə namizədliyini irəli sürməyəcək.
Qarşıdakı iki hәftә әrzindә prezidentliyә namizәdlәrin adlarına aydınlıq gәlmәlidir.