“Yuventus” dopinqə görə meydanlardan 4 il uzaq qalacaq Pol Poqbanın müqaviləsini ləğv etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubu Apellyasiyanın son qərarını gözləyir. “Qoca sinyora” müqaviləni ləğv edəcəyi halda 30 milyon avrodan çox qənaət etmiş olacaq.
Poqba 2022-ci ildə azad agent kimi “Yuventus”a keçib. O, bu mövsüm cəmi 2 oyunda meydanda olub.