Azərbaycan Premyer Liqasında 25-ci tur sona çatdı.
İdmanxeber.az-ın məlumatına görə, turun azarkeş baxımından ən çox maraq göstərilən oyunu “Neftçi Arena”da keçirilib. “Neftçi”nin “Qarabağ”ı qəbul etdiyi matçı tribunalardan 6500 azarkeş izləyib. Bu, 25-ci turun ən çox tamaşaçı qeydə alınan görüşü olub.
Digər oyunlardakı azarkeş sayını diqqətinizə çatdırırıq:
“Sumqayıt” – “Kəpəz” – (800, 1:3)
“Zirə” – “Turan Tovuz” – (300, 1:1)
“Sabah” – “Araz Naxçıvan” – (1005, 2:0)
“Qəbələ” – “Səbail” – (450, 2:3)