”Arsenal”ın oyunçusu Bukayo Saka ötən gün keçirilən “Mançester Siti” ilə oyunu zədəyə görə qaçırmalı oldu.
İdmanxeber.az məlumat verir ki, İngiltərə milli komandasının heyətində zədələnən oyunçunun durumu ciddi deyil. Bu barədə “topçular”ın baş məşqçisi Mikel Arteta bildirib:
”Saka sadəcə bu gün bizimlə deyildi. Növbəti oyunlarda iştirak edə biləcək”.
22 yaşlı oyunçu bu mövsüm 38 oyunda 16 qol vurub və 13 məhsuldar ötürmə edib.

