”Liverpul” ötən gün geridən gələrək “Brayton”u məğlub etməyi bacarıb.
İdmanxeber.az-ın məlumatına görə, bu qələbə Yürgen Klopp Mersisayd klubunda 300-cü zəfəri olub. O, bütün turnirlərdə 300 qələbə qazanmağı bacaran 4-cü “Liverpul” məşqçisi olub.
Klopp 2015-ci ildən “Liverpul”a başçılıq edir. Almaniyalı mütəxəssis bu mövsümün sonunda postunu tərk edəcək.

