”Real” ötən gecə “Santyaqo Bernabeu”da “Atletik”i (Bilbao) 2:0 hesabıyla məğlub etdi.
İdmanxeber.az-ın məlumatına görə, bu görüşdə “kral klubu”nun müdafiəçisi Eder Militao uzun müddət aradan sonra meydanlara geri dönüb. O, görüşün son dəqiqələrində Dani Carvaxalı əvəz edib.
Xatırladaq ki, 8 aydır meydanlardan uzaq qalan braziliyalı müdafiəçinin son oyunu da Bask klubuna qarşı olmuşdu.

