”Lester” Ceymi Vardinin müqaviləsini uzadacaq.
İdmanxeber.az məlumat verir ki, “tülkülər” 37 yaşlı forvardın performansından məmnundur və onun klubda qalmağını istəyir.
Vardi 2012-ci ildən “Lester”də çıxış edir. O, bu mövsüm Çempionşipdə 34 oyuna çıxıb və 18 qol vurub.
Xatırladaq ki, “Lester” növbəti mövsüm yenidən Premyer Liqada çıxış edəcək.