Bruno Fernandes “Mançester Yunayted”dəki gələcəyi barəsində danışıb.
İdmanxeber.az məlumat verir ki, portuqaliyalı oyunçu bu barədə “DAZN Portugal”a müsahibəsində danışıb. O, “qırmızı şeytanlar”da xoşbətx olduğunu bildirib:
”MY-də xoşbəxtəm. Klub mənə güvənir. Gələcəyim barədə düşünməmişəm. Klubdan ayrılıb-ayrılmayacağıma Avropa çempionatından sonra qərar verəcəm”.
Fernandes bu mövsüm “Mançester Yunayted”də ən çox qol vuran oyunçudur. O, klubun son illərdə ən uğurlu transferlərindən sayılır.