Marselonun oğlu Enzo Alves “Real”la yeni müqavilə imzalayıb.
İdmanxeber.az məlumat verir ki, 15 yaşlı Alves 2017-ci ildən Madrid klubunun aşağı yaş qruplarında çıxış edir. O, İspaniyanın U-15 millisində də oynuyur.
Marselo futbol karyerasının 15 ilini “Real”da keçirdib. O, “kral klubu”nun heyətində 546 oyuna çıxıb və 5 dəfə Çempionlar Liqasının qalibi olub.

