30 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” qalib gəldi, “Zirə” uduzdu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 34-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda əvvəlcə “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Digər oyunda isə “Qarabağ” 3-cü yerdəki “Zirə”nin qonağı olub. Ağdam təmsilçisi görüşdən qalib ayrılıb – 1:0. 

Bu nəticənin ardından “Zirə” 52 xalla bir oyun az keçirən “Sabah”la bərabər 3-4-cü pilləni bölüşür 

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 

Azərbaycan Premyer Liqası, 34-cü tur

11 may (şənbə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1

Qol: Alexandro Serrano, 63 (0:1)
Hakimlər
: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov

“Liv Bona Dea Arena”

19:30. “Zirə” – “Qarabağ” 0:1

Qol: Olavio Juninyo
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Zirə İdman Kompleksi stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43