30 İyun 2026
Ölkə futbolu

Pula görə “Kəpəz”i tərk etdi, indi geri dönməyə çalışır

“Kəpəz”in sabiq futbolçusu Georgi Kantariya yenidən Gəncə klubunda çıxış etmək istəyir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gürcüstanlı futbolçu “sarı-göylər”də oynamağa hazır olduğunu bildirib. Kantariya ötən il Gəncə təmsilçisindən daha yüksək maaş verən Livanın “Nejmeh” komandası ilə müqavilə bağlamışdı.

Oyunçu hələ yanvarda “Kəpəz”ə qayıtmaq üçün müəyyən cəhdlər göstərsə də, transfer baş tutmayıb.

Kantariyanın hazırda da əlaqələrini işə saldığı və yenidən “sarı-göylər”də oynamaq istədiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43