29 İyun 2026
Ölkə futbolu

Samir Abasov: “Futbolçular psixoloji olaraq çox yüklənib”

“Futbolçularımı təbrik edirəm. Həftə içində onlar, əsasən də legionerlər canfəşanlıq göstərirdilər, azarkeşləri stadiona dəvət edirdilər. Bu gün yaxşı dəstək var idi. Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Rafael Ağayev, Murad Arif, onların hər birinə təşəkkür edirəm. Bizim o cür dostlarımız var. Məncə, bizə heç kim dəyə bilməz. Onlar yanımızda olanda başqa motivasiya verir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Səbail” qələbəsi (2:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Futbolçular psixoloji olaraq çox yüklənib. Bu, yaxşı deyil. Avropada olmaq istəyirlər. Bunun qarşısını ala bilmərik. Bəlkə də təyziq bu cür oynamağa səbəb olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43