Türkiyə Superliqasında 36-cı turun oyunlarına yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin forvardı Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” öz meydanında “Ankaragücü” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Renat bu matçda 88-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra komandasına vacib 3 xal gətirən qolu vurub.
Türkiyə Super Liqası
36-cı tur
12 may
Hatayspor – Ankaragücü 2:1
Qollar: G.Sağlam, 71. R.Dadaşov, 90 – Maçeda, 85.

