29 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” klubunun şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun futbolçu Roderik Millerlə bağlı şikayətin təmin etməyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA İntizam Komitəsinin (İK) oyunçu ilə bağlı qərarı qüvvədə saxlanılıb. İK “Zirə”yə (1:2) uduzduqları oyunda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan müdafiəçini 4 oyunluq cəzalandırmışdı.

Tovuz klubuna isə 3000 manat cərimə kəsilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43