30 İyun 2026
Ölkə futbolu

“Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın futbolçusunu istəyir

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade klubdan ayrıla bilər.

İdmanxeber.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə  “Beşiktaş” və “Fənərbağça” maraqlanır. İddia edilir ki, “Qarabağ” rəhbərliyi Andradeni satmaq niyyətində deyil.

Türkiyə klubları ilə yanaşı, Rusiyanın 3 komandası da futbolçunun agenti ilə əlaqə saxlayıb.

Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43