Türkiyə I Liqasında pley-off mərhələsinə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Bodrumspor”la üz-üzə gəlib.
Görüşdə qələbə qazanan (2:0) ev sahibi komanda Super Liqaya mübarizəsinin pley-off mərhələsində yarımfinala yüksəlib.
Vüsal matça start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.

