30 İyun 2026
Ölkə futbolu

Bölgə klubunun legioneri 5 oyun cəzalandı

AFFA İntizam Komitəsi I Liqada çıxış edən “İmişli” klubunun futbolçusu Qilyerme Silvanı 5 oyunluq cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, buna braziliyalı müdafiəçinin XXVI turda “Araz Saatlı” ilə matçda (1:2) etdiyi xoşagəlməz hərəkət səbəb olub.

O, təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurmağa cəhd edib və bu səbəbdən 4 oyunluq cəza alıb. Aprelin 17-də verilən 3 aylıq sınaq müddəti başa çatmayan Silva növbəti dəfə qırmızı vərəqə gördüyü üçün həmin tarixdəki 1 matçlıq şərti cəza əlavə edilib. “İmişli” klubu legionerə görə 300 manat cərimələnib.

“Araz Saatlı”ya isə 70 manat cərimə kəsilib. Buna komadanın 4 futbolçusunun sözügedən qarşılaşmda sarı vərəqə alması səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43