01 İyul 2026
Kateqoriyasız

“Liverpul”un yeni baş məşqçisi bəlli oldu

“Feyenoord”un niderlandlı baş məşqçisi Arne Slot 2024-cü ilin yayında “Liverpul”a rəhbərlik edəcəyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, “Gələn mövsüm “Liverpul”un yeni baş məşqçisi olacağımı təsdiqləyə bilərəm” – deyə, açıqlama verib.

Bu ilin yanvarında hazırda mersisaydlılara rəhbərlik edən Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.

İngiltərə çempionatının 37 turundan sonra “Liverpul” 79 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43